Ana Sayfa > Karusel / Hadisə / Dünya > Rusiyalı səfirə neçə güllə dəydiyi açıqlandı - 11 ATƏŞ

Rusiyalı səfirə neçə güllə dəydiyi açıqlandı - 11 ATƏŞ


20-12-2016, 18:32. Yazar: Xeberaz
Rusiyalı səfirə neçə güllə dəydiyi açıqlandı - 11 ATƏŞ

Ötən gün Ankarada sui-qəsdə uğrayaraq öldürülən Rusiya səfirinə 9 güllə dəyib. "Xəbəraz.az " xəbər verir ki, Andrey Karlovun cəsədinin ilkin müayinəsinin nəticələri açıqlanıb.

Bildirilib ki, onun cəsədində 9 mərmi olub. Hadisəni törədən polis əməkdaşı Mərt Altıntaş sərgi zalında səfirə doğru 11 dəfə atəş açıb. Lakin 2 güllə səfirə dəyməyib. Karlovun bədənində 11 güllə izinə rastlanıb.

Hadisə nəticəsində sərgidə olan daha 3 nəfər də yaralanıb. Onlardan biri ötən gecə evə buraxılıb, digər iki nəfər isə bir qolundan, biri ayağından yaralandığı üçün hazırda xəstəxanada müalicə alır.

Geri dön