Ana Sayfa > Karusel / Hadisə / Dünya > Rusiyada dərmandan ölənlərin sayı 54-ə çatdı

Rusiyada dərmandan ölənlərin sayı 54-ə çatdı


20-12-2016, 11:12. Yazar: Xeberaz
Rusiyada dərmandan ölənlərin sayı 54-ə çatdı


İrkutskda "Yemişan" adlı spirt tərkibli məhluldan zəhərlənərək xəstəxanaya yerləşdirilən 28 nəfərdən biri də dünyasını dəyişib.

"Xəbəraz.az "xəbər verir ki, bu haqda məlumatı vilayətin Səhiyyə Nazirliyinin nümayəndəsi verib.

Daha öncə hüquq-mühafizə orqanlarındakı mənbə bu gün səhər – 20 dekabr tarixində artıq 53 nəfərin öldüyünü, 77 şəxsin ağır vəziyyətdə olduğunu açıqlamışdı.

Xatırladaq ki, dünən Rusiyanın Baş naziri Dmitri Medvedyev hökumətə spirt tərkibli qeyri-qida məhlullarının pərakəndə ticarətdən yığışdırılması və müvafiq olaraq yeni qanunun qəbulunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyi tapşırıb.
Geri dön