Ana Sayfa > Karusel / Hadisə > Partlayıcı düzəltdi, barmaqları kəsildi - Zaqatalada

Partlayıcı düzəltdi, barmaqları kəsildi - Zaqatalada


20-12-2016, 10:32. Yazar: Xeberaz
Partlayıcı düzəltdi, barmaqları kəsildi - Zaqatalada



Zaqatalada bədbəxt hadisə nəticəsində gənc oğlanın əl barmaqları amputasiya olunub.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, dekabrın 19-da rayonun Zəyəm kənd sakini, 1991-ci il təvəllüdlü Nurlan İbrahim oğlu İsayev evdə Yeni il şənliyində istifadə etmək üçün el arasında "pojik" kimi tanınan partlayıcı qurğu düzəldib. N. İsayev düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman qurğu əlində dağılıb. Nəticədə N. İsayevin sol əlinin barmaqları zədələnib.

N. İsayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya bildirilib ki, N. İsayevin sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan N. İsayevin hazırda vəziyyəti orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön