Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya / Xəbəraz TV > Almaniyada terakt: 12 ölü, 50 yaralı - VİDEO

Almaniyada terakt: 12 ölü, 50 yaralı - VİDEO


20-12-2016, 10:27. Yazar: Xeberaz
Almaniyada terakt: 12 ölü, 50 yaralı - VİDEO



10:08

İstintaqçılar hesab edirlər ki, yük avtomobili Berlində yarmarkada kütlənin üstünə bilərəkdən sürülüb.

Trend-in məlumatına görə, bu barədə TASS Berlin polisinə istinadən xəbər verib.

----------

07:55

Berlində naməlum şəxs yük avtomobilini Yeni il yarmarkasında insanların üzərinə sürüb və onları əzib.

Hadisə nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir.

----------

00:35

Almaniyanın paytaxtı Berlində yük maşını ilə Yeni il yarmarkası təşkil olunan əraziyə hücum edilib.
"Xəbəraz.az " bildirir ki, nəticədə 9 nəfər ölüb, 50 nəfər yaralanıb.
Almaniya polisi olayın terakt olduğunu ehtimal edir.

Qeyd edək ki, yük maşınının sürücüsü qəzadan sonra qaçaraq ərazidən uzaqlaşıb.



Geri dön