Ana Sayfa > Karusel / Hadisə > Bakıda süpürgəçi qadını maşın vurdu: yollar tıxandı

Bakıda süpürgəçi qadını maşın vurdu: yollar tıxandı


20-12-2016, 10:19. Yazar: Xeberaz
Bakıda süpürgəçi qadını maşın vurdu: yollar tıxandı



Bakıda piyada yol hadisəsinin qurbanı olub.

"Xəbəraz.az " xəbər verir ki, bu gün səhər "Koroğlu" metro stansiyası yaxınlığında ölüm hadisəsi baş verib.

Şahidlərin verdikləri məlumata görə, yolda təmizlik işləri aparan süpürgəçi qadını avtomobil vurub. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisləri cəlb olunublar.

Qeyd edək ki, qəzadan sonra ərazidə səhər saatlarından böyük tıxac yaranıb.

Geri dön