Ana Sayfa > Karusel / Səhiyyə / Fotogalereya > İnsan orqanları istehsal ediləcək - Qanun

İnsan orqanları istehsal ediləcək - Qanun


20-12-2016, 02:21. Yazar: Xeberaz
İnsan orqanları istehsal ediləcək - Qanun
Rusiyada insan orqanlarının süni yolla hazırlanmasına və transplantasiyasına icazə verən yeni qanun qəbul olunub.

"Xəbəraz.az " xəbər verir ki, “Biotibbi hüceyrəvi məhsullar” adlanan yeni qanun layihəsi insan orqanlarının süni yolla hazırlanmasına və transplantasiya təcrübəsində istifadəsinə icazə verir.

Rusiya 2018-ci ildə süni insan orqanlarının istehsalına başlayacaq. Bildirilib ki, qanunun bir neçə maddəsi gələn il qüvvəyə minəcək. Bütövlükdə tətbiqi isə bir neçə sənədin imzalanmasından sonra mümkün olacaq. Bu proses isə 12 aya qədər vaxt apara bilər.

Sözügedən qanun tibbi hüceyrəvi məhsulların hazırlanmasını, tədqiqini və tətbiqini nəzərdə tutur. Bu sənəd donor materiallarının toplanmasını və daşınmasını təmin edən bir sıra nüansları və saxlama şərtlərini də müəyyənləşdirir.

Alimlər qəbul edilmiş bu qanunun elmin inkişafına dəstək verəcəyini, mütəxəssislərin insanlar üçün köçürülməsi zəruri olan orqanların hazırlanması ilə məşğul olmasına şərait yaradacağını düşünür. Ekspertlər bu qanunun biomaterialların nəqli və saxlanılması məsələləri ilə bağlı problemləri həll edəcəyini də qeyd ediblər.
Geri dön