Ana Sayfa > Karusel / Siyasət / M2 > Elmar Məmmədyarov rusiyalı həmkarına başsağlığı verib

Elmar Məmmədyarov rusiyalı həmkarına başsağlığı verib


20-12-2016, 01:41. Yazar: Xeberaz
Elmar Məmmədyarov rusiyalı həmkarına başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Sergey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.
O, məktubda, həmçinin öz adından və XİN-in kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.
Geri dön