Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Arvadına əsəbləşən ruhi xəstə qapını bağlayıb, heç kimi evə buraxmadı - VİDEO

Arvadına əsəbləşən ruhi xəstə qapını bağlayıb, heç kimi evə buraxmadı - VİDEO


19-12-2016, 22:45. Yazar: Xeberaz
Arvadına əsəbləşən ruhi xəstə qapını bağlayıb, heç kimi evə buraxmadı - VİDEO


Lənkəranda təqaüd kartı əlindən alınan kişi evin qapısını bağlı saxlayaraq, içəri kimsənin daxil olmasına imkan verməyib.

"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, hadisə Lənkəran şəhər Zərifə Əliyeva küçəsi, mənzil 64 də qeydə alınıb.

Ruhi xəstəlikdən əziyyət çəkən Mahir Qasımov təqaüd kartı həyat yoldaşı tərəfindən əlindən alındığı üçün o, bu addıma əl atıb. Qapını bağlayan kişi kartı verməyincə heç kəsi evə buraxmayacağını bildirib.

Hadisə barədə dərhal FHN -nin Cənub Regional Mərkəzinə məlumat verilib. Daxil olan məlumata əsasən mərkəzin xüsusi xilas etmə hissəsinin, xilas etmə heyəti hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi alətlər və avadanlıqların köməyi ilə qapını açmağa müvəffəq olublar. Əməliyyatçılar tərəfindən zərərləşdirilən Mahir Qasımov aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön