Ana Sayfa > Karusel / Hadisə > Bakıda zənbildən tapılan uşaq xəstəxanaya yerləşdirildi

Bakıda zənbildən tapılan uşaq xəstəxanaya yerləşdirildi


19-12-2016, 15:09. Yazar: Xeberaz
Bakıda zənbildən tapılan uşaq xəstəxanaya yerləşdirildi

Dekabrın 17-də Bakının Sabunçu rayonunda küçədə zənbildən tapılan 1 aylıq oğlan uşağı xəstəxanaya yerləşdirilib. Körpənin yerləşdirildiyi körpələr evindən bildirilib ki, uşaq müəssisəyə gətirilərkən qızdırmalı vəziyyətdə olub və ilkin müayinə zamanı onun ağ ciyərlərində sətəlcəm əlamətləri müəyənləşdirilib. Küçəyə atılmış körpə dərhal paytaxtın ixtisaslaşmış xəstəxanalarından birinə yerləşdirilib. Məlum olub ki, xeyli vaxt şaxtalı havada küçədə-zənbilin içində qalmış körpənin daxili orqanlarına soyuq olub.

Körpənin müalicə olunduğu xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir. 1 aylıq körpə hərtərəfli müayinə edilib və həyatı üçün təhlükənin olmadığı müəyyənləşib.

*****

13:39

Bakıda küçədən yeni doğulmuş körpənin tapılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. "Xəbəraz.az "-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Stansiyayanı küçəsində yaşayan 1978-ci il təvəllüdlü Əliyeva Vüsalə Cahangir qızı dekabrın 17-də səhər evdən çıxarkən qapının ağzına zənbil qoyulduğunu görüb. Zənbilə baxan qadın orada 1-2 aylıq oğlan uşağının olduğunu görüb və dərhal polisə məlumat verib.

V.Əliyeva uşağı polis bölməsinə gətirib və rastlaşdığı hadisə ilə bağlı izahat verib. Uşaq 1 saylı körpələr evinə verilib.

Faktla bağlı araşdırma aparılır.

******

12:09

Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb.
"Xəbəraz.az "-ın "Report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön