Ana Sayfa > Karusel / Hadisə > Əri Rusiyada işləyən qadının başına gələnlər - ŞOK

Əri Rusiyada işləyən qadının başına gələnlər - ŞOK


18-12-2016, 22:06. Yazar: Xeberaz
Əri Rusiyada işləyən qadının başına gələnlər - ŞOK

Şəmkir rayonunda quldurluq edən iki əmi oğlu həbs edilib.

"Xəbəraz.az " xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.
Kənd sakini Günel Yusifova övladları ilə birlikdə yaşadığı fərdi evində iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Onlar silah qismində olan əşya ilə qadını hədələyərək pul tələb ediblər.

Əri Rusiyada işləyən qadın pulu olmadığını deyib. Bu zaman həmin şəxslər qadını döyərək, ona xəsarət yetiriblər. Daha sonra onlar hadisə yerini tərk ediblər.

Hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət edilib. Həmin şəxslərin üzlərində maska olub. Amma qadın onları səslərindən tanıyıb. Bildirib ki, evinə basqın edən şəxslər qonşuluqda yaşayan şəxslərdir.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı Xəyal Həsənov və onun əmisi oğlu, 27 yaşlı Rəşad Quliyev saxlanılıblar.Teleqraf.com

Hər iki şəxs hadisə zamanı sərxoş olublar. Rəşad Quliyev istintaqa verdiyi ifadəsində bildirib ki, onu cinayətə əmisi oğlu təhrik edib. Bildirib ki, Xəyal ona qadının pulu, qızılı olduğunu deyib. O əlavə edib ki, evə girməkdə məqsədləri pul almaq olub.

Faktla bağlı cinayət işi başlanıb.

Geri dön