Ana Sayfa > Karusel / Siyasət / Dünya > Misir Ben Ladenin oğlunu deportasiya etdi

Misir Ben Ladenin oğlunu deportasiya etdi


18-12-2016, 21:57. Yazar: Xeberaz
Misir Ben Ladenin oğlunu deportasiya etdi


Misir hökuməti keçmiş Əl-Qaidə lideri Üsame Ben Ladenin oğlu Ömər Ben Ladeni deportasiya edib.

"Xəbəraz.az " xəbər verir ki, Qahirə Hava Limanında saxlanılan Ben Ladenin “Arzuolunmaz şəxslər” siyahısına salındığı bildirilib.

Həyat yoldaşı Zaine Sabah ilə birlikdə Misirə gələn məşhur terrorçunun oğlu öz istəyi ilə Türkiyəyə göndərilib.

Məlumata görə, cütlük səhər saatlarında Qətərin paytaxtı Dohadan Qahirəyə gəlmişdi.

Qeyd edək ki, 34 yaşlı Ömər Ben Laden keçmiş “Əl-Qaidə” liderinin dördüncü oğlu sayılır.


Geri dön