Ana Sayfa > Karusel / Hadisə > Ağstafada bir ailənin üç üzvünü maşın vurdu :1 ölü, 2 yaralı

Ağstafada bir ailənin üç üzvünü maşın vurdu :1 ölü, 2 yaralı


18-12-2016, 20:37. Yazar: Xeberaz
Ağstafada bir ailənin üç üzvünü maşın vurdu :1 ölü, 2 yaralı


Ağstafa şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Ağstafa şəhəri, Ü.Hacıbəyov prospektində baş verib.

Naməlum avtomobil bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb. Nəticədə Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Tağıyeva Səlminaz ölüb, onun oğlu 1983-cü il təvəllüdlü Tağıyev Əvəz və nəvəsi, 2001-ci təvəllüdlü Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Bu gün Ağstafa rayonunda minik avtomobili 3 nəfəri vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəza nəticəsində bir qadın həyatını itirib, orta yaşlı kişi və azyaşlı uşaq isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanları ölən qadının və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.
Geri dön