Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV / Müsahibə > Braziliyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO

Braziliyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO


18-12-2016, 20:33. Yazar: Xeberaz
Braziliyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO


Bakı "İnter"inin braziliyalı futbolçusu Denis Silva Azərbaycan diində müsahibə verib.

"Xəbəraz.az " bildirir ki, dünən Topaz Premyer Liqanın 14-cü turunun "Qarabağ"a qarşı oyunundan (0:0) sonra o, jurnalistlərə açıqlamanı öz doğma dilində və ya ingiliscə deyil, azərbaycanca verib. Düzdür, Silva Azərbaycan dilində fikirlərini ifadə edərkən çətinlik çəkib. Bununla belə, ölkəmizdə çıxış edən bir legionerin dilimizə hörmət göstərməsi müsbət dəyərləndirilməlidir.

Qeyd edək ki, Denis Silva 2008-ci ildən Azərbaycanda çıxış edir. O, müxtəlif vaxtlarda "Xəzər Lənkəran", "Neftçi"də oynayıb, hazırda isə "İnter"in şərəfini qoruyur. 2010 və 2012-ci illərdə vətəni Braziliyaya qayıdaraq "Qremio"da da oynayıb. qol.az




Geri dön