Ana Sayfa > Karusel / Şou-Biznes > Yeganə: "Ərimlə böyük davamız oldu"

Yeganə: "Ərimlə böyük davamız oldu"


18-12-2016, 11:38. Yazar: Xeberaz
Yeganə: "Ərimlə böyük davamız oldu"


Müğənni Yeganə Akbudak "10-dan sonra" verilişinə qonaq olub.

"Xəbəraz.az " bildirir ki, sənətçi ailəsindən bəhs edib.

O, həyat yoldaşı Fatihlə arasında baş verən davadan danışıb:

"Övladımı həm vara, həm yoxa öyrədirəm. Bir dəfə oğlumun 2 yaşı olanda onunla gəzintiyə çıxdıq. Evə qayıdanda böyük robot aldım. Yoldaşım görüb çox əsəbləşdi, böyük davamız oldu. Dedi ki, Ömər bunu böyüyəndə oynatmalıdır. Pis oldum, oturub ağladım. Oğlumun 6 yaşı var, hələ də o robotu açmır. Üstündən bir az keçəndən sonra yenə alış-verişə getdik. Bu dəfə Ömər ən balaca oyuncağı götürdü. Məni ağlamaq tutdu. Harasa gedəndə belə Ömər qulağıma deyir ki, "Bu gün pulumuz var? Nəsə ala bilərəm?" Ona bunları öyrədirəm".


Geri dön