Ana Sayfa > Karusel / Maraqlı > Almanı çəyirdəyi ilə birgə yeyin

Almanı çəyirdəyi ilə birgə yeyin


17-12-2016, 23:23. Yazar: Xeberaz

Almanı çəyirdəyi ilə birgə yeyin


"Xəbəraz.az " alma çəyirdəklərin faydaları haqqında məlumat verir:

- Alma çəyirdəklərinin tərkibində nadir xərçəngəleyhinə təsirə malik olan B17 vitamini var. Həmçinin bu vitamin yorğunluğu azaldır.

- Alma çəyirdəkləri yodla zəngindir. Bu mineral qalxanvari vəzinin fəaliyyətində əsas rol oynayır. Yod çatışmazlığı zamanı qalxanvari vəzinin fəaliyyəti pozulur.

- Alma çəyirdəkləri kaliumla zəngindir. Kalium ürək-damar sistemi üçün ən vacib olan mineraldır.

- Alma çəyirdəyində fol turşusu var. Fol turşusu qanın tərkibini yaxşılaşdırır.

- Alma çəyirdəkləri dərinin vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən alma çəyirdəyi ekstraktı tez-tez cavanlaşdırıcı maskaların tərkibinə daxil edilir.

Qeyd edək ki, gün ərzində 5-6 alma çəyirdəyi yemək olar. Bundan çox olmaz. Çünki onların tərkibinə sianid turşusu daxildir. Sianid turşusu güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər.


Geri dön