Ana Sayfa > Karusel / Maraqlı > Portağalı soyub qoxulasanız... - Stresdən qurtulmağın YOLLARI

Portağalı soyub qoxulasanız... - Stresdən qurtulmağın YOLLARI


17-12-2016, 10:56. Yazar: Xeberaz
Portağalı soyub qoxulasanız... - Stresdən qurtulmağın YOLLARI


Sizlərə işinizə yarayacaq praktik bilgilər təqdim edirik.

Gicgah, biləklər və qulaqların arxası stress yaşadığımız zaman bioloji olaraq gərginləşən nahiyələr olaraq tanınır. Ona görə bu bölgələrə soyuq su vurmaq sakitləşmək üçün olduqca effektlidir. Həm damarları rahatlatmaq, həm də bu bölgələrdəki təzyiqi azaltmaq üçün soyuq su vurmaq, ya da masaj etmək sakitləşməyə yaxşı təsir edir.

Stressli ikən belə nəfəs alın

Əvvəlcə 4 saniyə yalnızca burundan nəfəs alın. Ardınca nəfəsinizi 7 saniyə tutub saxlayın və 8 saniyə boyunca ağzınızdan bütünlüklə boşaldın. 4-7-8 texnikası ciddi şəkildə stressi azaldır və qan dövranını normallaşdıraraq bədən funksiyalarını rahatladır.

Portağal qabığı qoxulayın

Bir çox araşdırma bu üsulun stress azaldıcı olduğuna işarədir. Soyulmuş portağal qoxulamaq, portağal qabığının qoxusunu içinizə çəkmək stressin təsirini aşağı salır. Bunun sayəsində özünüzü qısa zamanda yaxşı hiss edəcəksiniz.

İdman edin

Hansısa idman salonunda alətlərlə məşq etmək, ya da açıq havada qaçmaq, piyada gəzmək ürəyi və qan dövranını normaya salacaq. Bunun sayəsində bədən funksiyalarınız da canlanacaq və özünüzü daha yaxşı hiss edəcəksiniz. İş çıxışında bununla əhvalınızı dəyişin.

Düşünün

Bir söz söyləmədən əvvəl diqqətli düşünün. Əks halda sonradan peşman olacağınız ifadələr işlətmiş olarsınız. Söyləmək istədiklərinizi yazmanız faydalı olacaq. Əsəbisinizsə, yazaraq məsələdən uzaqlaşın.

Musiqi dinləyin

Dərindən nəfəs alın, sakitləşdirici sözü təkrar etməyə çalışın. Musiqi dinləyin. Qəzetdə yazı yazın, ya da yoqa edin.


Manqo yeyin

Linalool adlı üzvi birləşmə tərkibli bu tropik meyvə sinirləri sakitləşdirir və rahatladıcı təsiri verir. Həm sağlamlıq, həm də stress baxımından son dərəcə faydalı hesab olunur.

Doğru danışmaq

Problemi anladarkən “mən” sözünü istifadə edin. Bu, qarşınızdakını təhqir etmək, ya da günahlandırmaqdan qurtulmanıza yardım edəcək. Məsələn, “ev işlərinə yardım etməlisən” demək yerinə, “bu axşam ev işlərində yardım etmədiyin üçün üzüldüm” deyin.

Geriyə doğru sayın

Bəzən 100-dən 0-a qədər saymaq da stressi azaldır.lent.az


Geri dön