Ana Sayfa > Karusel / Hadisə / Dünya > İstanbulda terror aktı törədənin kimliyi bilindi

İstanbulda terror aktı törədənin kimliyi bilindi


16-12-2016, 22:34. Yazar: Xeberaz
İstanbulda terror aktı törədənin kimliyi bilindi


İstanbulun Beşiktaş rayonunda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə-tibb ekspertləri Maçka parkı yaxınlığında aşkarlanan terrorçu-kamikadzenin qalıqlarının DNT nümunələrini tədqiq edib.

Ekspertiza nəticəsində terrorçu-kamikadzenin Şanlıurfa vilayətinin sakini 20 yaşlı Burak Yavuz olduğu məlum olub.

Dekabrın 10-da İstanbulda törədilən iki partlayış nəticəsində 44 nəfər ölüb.
Geri dön