Ana Sayfa > Karusel / Maraqlı > Beyni cavanlaşdıran ən sadə üsul

Beyni cavanlaşdıran ən sadə üsul


16-12-2016, 22:05. Yazar: Xeberaz
Beyni cavanlaşdıran ən sadə üsul

Arizona Universiteti (ABŞ) alimlərinin fikrinə görə, beyni cavanlaşdırmaq üçün sadəcə hər səhər qaçışla məşğul olmaq lazımdır.

"Xəbəraz.az "-ın məlumatına görə, alimlər qaçışın beynin vəziyyətinə olan təsirini araşdırıblar. Araşdırma zamanı 2 qrup insanın beyin fəaliyyəti müqayisə edilib - bir qrupda insanlar müntəzəm olaraq qaçışla məşğul olur, digər qrupda isə oturaq həyat tərzi sürür.

Tomoqrafiya zamanı məlum olub ki, qaçışla məşğul olan insanlarda beynin müxtəlif hissələrinin arasında olan funksional əlaqələr daha güclüdür. Bu isə o deməkdir ki, bu insanlarda beynin koqnitiv funksiyaları (diqqət, yaddaş, təfəkkür) daha yüksək səviyyədədir.
Geri dön