Ana Sayfa > Karusel / Siyasət / Bizim seçim > Ehtiyatda olan generallar icra başçısı təyin edilsin - TƏKLİF

Ehtiyatda olan generallar icra başçısı təyin edilsin - TƏKLİF


16-12-2016, 16:19. Yazar: Xeberaz
Ehtiyatda olan generallar icra başçısı təyin edilsin - TƏKLİF


YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında ehtiyatda olan generalların cəbhə bölgələrdəki rayonların icra hakimiyyətlərinin başçısı təyin etmək təklifini irəli sürüb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, "Hərbi vəziyyət haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən S. Novruzovun belə təcrübənin yaşandığını bildirib: "Vaxtı ilə Heydər Əliyev ehtiyatda olan generalları icra başçısı təyin edirdi. Məhz cəbhə bölgəsinə və yaxud müharibə gedən rayonlarda belə təyinatlar olurdu. İndi də bizim ehtiyatda olan, dövlətinə sadiq xeyli generalımız var. Bu praktikanı yenidən tətbiq etməliyik".

Geri dön