Ana Sayfa > Karusel / Şou-Biznes > Faiq Ağayevə qarşı TƏXRİBAT: “Belə də zülm olar?”

Faiq Ağayevə qarşı TƏXRİBAT: “Belə də zülm olar?”


16-12-2016, 16:03. Yazar: Xeberaz
Faiq Ağayevə qarşı TƏXRİBAT: “Belə də zülm olar?”



Xalq artisti Faiq Ağayevi özündən çıxarıblar. "Xəbəraz.az "-ın məlumatına görə, xalq artisti sosial şəbəkədə status yazaraq bildirib ki, dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq konserti ilə bağlı saxta biletlər satışa çıxarılıb: “Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər. İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta "dəvətnamə" atıblar - susuram. Indi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam. Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalanldan usanacaq? Adam deyirlər e, səy yığınıdır! Camaatı gic yerinə qoymusuz?! Kiriyin də!!! Jurnalist zənglərinə cavab verməkdən təngə gəlmişəm artıq. Səhərdən telefonum susmur”.
Geri dön