Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim > Milli Məclis üçün vəsait artırıldı - Büdcə qəbul olundu

Milli Məclis üçün vəsait artırıldı - Büdcə qəbul olundu


16-12-2016, 13:41. Yazar: Xeberaz
Milli Məclis üçün vəsait artırıldı - Büdcə qəbul olundu


Milli Məclisin bu gün keçirilən plenar iclasında Maliyyə naziri Samir Şərifov büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən səsləndirən təkliflərə cavab verib.

"Xəbəraz.az " xəbər verir ki, nazir qeyd edib ki, verilən təklif və tövsiyələr təhlil edilib: “Bir çox qaldırılan məsələlərin bir yox, bir neçə il ərzində baxılması nəzərdə tutulub. Bəzi məsələlər üzrə maliyyə təminatı məsələləri artırılıb. Mədəniyyət xərcləri əlavə olaraq 3 milyon manat artırılıb. O cümlədən Milli Məclisin saxlanması xərcləri daha 850 min manat artırılıb. O cümlədən, Gənclər Fondunun vəsaitinin əvvəlki illərdə saxlanılması ilə bağlı təkliflər verilmişdi. Bunları nəzərə alaraq, həmin sahə üzrə ayrılan vəsait 11,5 milyon manat səviyyəsində saxlanılıb".

Beləliklə, 2017- ci ilin dövlət büdcəsi Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.


Geri dön