Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > 35 yaşlı kişi 16-cı mərtəbədən yıxıldı - YENİLƏNİB

35 yaşlı kişi 16-cı mərtəbədən yıxıldı - YENİLƏNİB


16-12-2016, 10:45. Yazar: Xeberaz
35 yaşlı kişi 16-cı mərtəbədən yıxıldı - YENİLƏNİB
Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Dəmirçizadə küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O. Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

08:52

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində eyvanın damına düşərək vəfat etməsi barədə məlumat daxil olub.

"Xəbəraz.az "-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq cəsədi eyvanın damından aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Geri dön