Ana Sayfa > Karusel / Hadisə / M2 > Binəqədidə yanğın 8 ailəni evsiz qoydu

Binəqədidə yanğın 8 ailəni evsiz qoydu


16-12-2016, 01:27. Yazar: Xeberaz
Binəqədidə yanğın 8 ailəni evsiz qoydu
Bakıda yanğın hadisəsi qeydə alınıb.
"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Binəqədi rayonunda ümumi sahəsi 730 m² olan birmərtəbəli bir dam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Geri dön