Ana Sayfa > Karusel / Hadisə / Dünya > Berlin divarı yenidən inşa edilir - Türk nazir

Berlin divarı yenidən inşa edilir - Türk nazir


15-12-2016, 21:46. Yazar: Xeberaz
Berlin divarı yenidən inşa edilir - Türk nazir


Radikal sağçıların çoxalması Avropa dəyərlərinə vurulmuş ən böyük zərbədir.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işlər üzrə naziri və baş müşaviri Ömər Çelik türk və alman akademiklərlə görüşündə deyib.

Nazir qeyd edib ki, Avropa dəyərlərində düşmən mövqeyi özünü göstərir:

“Berlin divarının uçurulması Avropadakı inteqrasiyanın müsbət mənada tamamlandığının göstəricisi idi. Lakin radikal sağçıların güclənməsi bu dəyərlərə vurulan ən böyük zərbələrdən biridir. Bu, Avropadakı insanlar, xalqlar arasında psixoloji Berlin divarının yenidən inşası anlamına gəlir”.

Nazir onu da qeyd edib ki, Avropada siyasi dairələrin ən üst təbəqəsində Ərdoğana düşmən münasibət var.
Geri dön