Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Tanınmış jurnalistdən sərt qınaq - Video

Tanınmış jurnalistdən sərt qınaq - Video


15-12-2016, 18:12. Yazar: Xeberaz
Tanınmış jurnalistdən sərt qınaq - Video


Məşhur aparıcı Tural Yusifov ictimai nəqliyyatı sərt tənqid edib.

"Xəbəraz.az " xəbər verir ki, Zığ şosesində avtobusun qəzaya düşdüyü ərazidən Feysbuk vasitəsilə canlı yayıma qoşulan aparıcı avtobus sürücülərinin məsuliyyətsizliyindən bəhs edib. Bakı Nəqliyyat agentliyi və Dövlət Yol Polisinin yolların buz bağlaması ilə əlaqədar dünən əhaliyə etdiyi xəbərdarlığı xatırladan jurnalist haqlı olaraq hər iki dövlət qurumuna qəzanı göstərərək “Hansı ictimai nəqliyyatdan istifadə etməyi tövsiyyə edirsiniz?” sualı ilə müraciət edib. Aparıcı canlı yayım zamanı həmçinin Bakıda yalnız “Bakubas” avtobus sürücülərinin işə götürülməzdən öncə imtahan verdiyini, sürücülük bacarığının yoxlanıldığını və bu halın başqa heç bir şirkət tərəfindən tətbiq edilmədiyini bildirib.

Qeyd edək ki, Tural Yusifov “106.3 FM”də yayımlanan məşhur “Avtostop” verlişinin aparıcısıdır. O, eyni zamanda “Avtostop media prodakşn”ın, “Avtostop.tv” saytının, “Avtostop Press” jurnalının təsisçisidir.

Jurnalistin hadisə yerindən çəkdiyi qısa videonu təqdim edirik:


Geri dön