Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türkiyədəki partlayışla bağlı şok detal

Türkiyədəki partlayışla bağlı şok detal


15-12-2016, 18:03. Yazar: Xeberaz

Türkiyədəki partlayışla bağlı şok detal

Türkiyənin İstanbul şəhərinin Beşiktaş səmtində baş verən partlayışa görə saxlanılan 13 nəfərlə bağlı istintaq işi davam etdirilir.

"Xəbəraz.az " xəbər verir ki, polis hücumda istifadə edilən bomba ilə bağlı bəzi detalları müəyyən edib.

Bombanın hazırlanmasında TNT və RDX qarışığı partlayıcılardan istifadə edildiyi, həmçinin bombanın fabrik istehsalı olduğu bildirilib.

Hücumda istifadə olunan partlayıcıların hazırlanmasında yüksək səviyyəli hərbi personala ehtiyac olduğu nəzərə alınaraq, bombanın xaricdən yardım alınaraq hazırlandığı və Türkiyəyə gətirildiyi qeyd edilir.

İstanbulun polis rəisi Mustafa Çalışqan hücumu təşkil edən iki terrorçunun kimliyinin müəyyən edildiyini bəyan edib.

Qeyd edək ki, İstanbulun Beşiktaş rayonunda baş verən iki partlayış zamanı 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.
Geri dön