Ana Sayfa > Karusel / Şou-Biznes / Ekskluziv > Samirə Əliyeva Türkiyədə məşhur brendin siması olacaq

Samirə Əliyeva Türkiyədə məşhur brendin siması olacaq


15-12-2016, 13:00. Yazar: Xeberaz
Samirə Əliyeva Türkiyədə məşhur brendin siması olacaq


“Türkiyədən heç tanımadığım insanlardan təklif aldım. Bir fotosessiyamı görüb, məni əcnəbi qızlarına bənzədiblər. İnstaqramda mənə yazdılar, məlumat aldılar. Təklif etdilər ki, sizinlə fotosessiya etmək istəyirik”.

Bu sözləri"Xəbəraz.az "-a açıqlamasında "Paris Beaute" estetik mərkəzin siması seçilən vizajisti Samirə Əliyeva deyib.


S.Əliyeva orada məşhur kosmetik brendin sahibləri tərəfindən iş təklifi aldığını bildirib:

"Tədbirdə böyük kosmetik brendlərin sahibləri iştirak edirdilər. Mənə bir brendin siması olmaq təklifi gəldi. Göz-qaş hissəmi çox bəyəndilər. Tezliklə danışıqlar üçün İstanbula yollanacam".
Geri dön