Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > 15 yaşlı azərbaycanlı Türkiyədə həkimi qorxuya saldı - FOTO

15 yaşlı azərbaycanlı Türkiyədə həkimi qorxuya saldı - FOTO


15-12-2016, 12:49. Yazar: Xeberaz
15 yaşlı azərbaycanlı Türkiyədə həkimi qorxuya saldı - FOTO



15 yaşlı azərbaycanlı M.O. Türkiyədəki xəstəxanaların birində bomba həyəcanı yaradıb.

"Xəbəraz.az " bildirir ki, Bursadakı xəstəxanada ayağını rentgen etdirən gənc xəstəxanadakıları qorxuya salıb. Belə ki, M.O.-nu müayinə edən həkim onun belindəki qeyri-adi formalı kəməri rentgen cihazında əl bombası formasında görüb. O, polislərə xəbər verib. Polislər oğlanın üstünü yoxlayıblar. M.O.-nun belindəki üzərində qumbara və tapanca şəkli olan kəməri görən polislər onu sərbəst buraxıblar.


15 yaşlı azərbaycanlı Türkiyədə həkimi qorxuya saldı - FOTO
Geri dön