Ana Sayfa > Karusel / Dünya / M2 > Oliqarxlarla böyük savaşa başlayacam - Navalnı

Oliqarxlarla böyük savaşa başlayacam - Navalnı


15-12-2016, 11:34. Yazar: Xeberaz
Oliqarxlarla böyük savaşa başlayacam - Navalnı
Rusiyada hakimiyyət dəyişikliyi olsa və prezident mən olsam, hazırkı ölkə başçısı Vladimir Putinlə ailəsinə toxunulmazlıq zəmanəti verəcəm.

"Xəbəraz.az " xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı blogger Aleksey Navalnı söyləyib. Prezidentlə probleminin olmadığını söyləyən blogger hakimiyyətə gələcəyi təqdirdə oliqarxlarla böyük savaşa başlayacağını bildirib:

“Putinin toxunulmazlığı hakimiyyətin tranzitində vacib məsələ olmalıdır. Bu toxunulmazlıq Seçin, Rottenberq və digər oliqarxlara aid edilməyəcək. Əgər biz bu insanlarda qanunsuz milyardları saxlamaq istəyiriksə, o zaman niyə dəyişiklik istəyirik?”

Qeyd edək ki, Navalnı 2018-ci martında ölkədə keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlayıb.
Geri dön