Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > QORXUNC QƏZA: Cəsəd hadisə yerindən 2 km aralıda tapıldı - FOTO

QORXUNC QƏZA: Cəsəd hadisə yerindən 2 km aralıda tapıldı - FOTO


15-12-2016, 00:53. Yazar: Xeberaz
QORXUNC QƏZA: Cəsəd hadisə yerindən 2 km aralıda tapıldı - FOTO
QORXUNC QƏZA: Cəsəd hadisə yerindən 2 km aralıda tapıldı
Türkiyədə hava şəraitinin kəskinləşməsi nəticəsində yol nəqliyyat hadisələrinin sayı artıb.

Sürücünün sükana nəzarəti itirməsi nəticəsində avtomobil dərəyə yuvarlanıb. Sürücünün cəsədi isə qəza yerindən 2 km aralıda tapılıb.
Polislər hadisə yerinə gələndə maşında heç kim olmayıb. Dərhal axtarışlara başlayan asayiş keşikçiləri itlərin də köməyi ilə 1 km aralıda dəmir yolu xəttinin yaxınlığında sürücü Mesut Aksaya məxsus açarları və siqaret qutusu tapıb. Həmin ərazidə davamlı axtarışlardan sonra daha bir kilometr aralıda cəsəd tapılıb.
Cəsəd üzərində xəsarət izləri olmadığından polislər Aksayın donaraq öldüyünü güman edir. Dəqiq səbəb isə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Geri dön