Ana Sayfa > Karusel / Dünya / M2 > FED uçot dərəcəsini artırdı

FED uçot dərəcəsini artırdı


14-12-2016, 23:29. Yazar: Xeberaz
FED uçot dərəcəsini artırdı
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.
"Xəbəraz.az "xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25-0,50% artırıb.
Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.
Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.
Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq. (apa)
Geri dön