Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim > Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda

Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda


14-12-2016, 20:18. Yazar: Xeberaz
Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda



Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcəklər.
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu "Caspian European Club"un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: "Wi-Fi xidmətlərindən İçərişəhər və Dənizkənarı Milli Park ərazisində istifadə etmək mümkün olacaq. Bu layihənin əsas məqsədi insanların kütləvi toplaşdığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir".
Geri dön