Ana Sayfa > Karusel / Bizim seçim > 10 milyona yaxınlaşırıq

10 milyona yaxınlaşırıq


14-12-2016, 17:41. Yazar: Xeberaz
10 milyona yaxınlaşırıq


İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabrın 1-nə 9793,8 min nəfərə çatıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.

Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.
Geri dön