Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Qarabağ əlili avtomobilinə od vurub yandırdı - VİDEO

Qarabağ əlili avtomobilinə od vurub yandırdı - VİDEO


14-12-2016, 17:27. Yazar: Xeberaz
Qarabağ əlili avtomobilinə od vurub yandırdı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Qaxda Qarabağ əlilinin avtomobilini yandırması hadisəsinə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, Qax rayon sakini Bəxtiyar Bayramovun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmayıb.


K.Əliyev deyib ki, bir neçə ay əvvəl yol-nəqliyyat hadisəsi törətmiş B.Bayramova Qax rayon Məhkəməsi tərəfindən 400 manat cərimə kəsilib: “Cəriməni vaxtında ödəmədiyinə görə həmin məbləğin üzərinə də dəbbə gəlib və məbləğ 640 manata yüksəlib. Onun konkret hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm. Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, xüsusilə də əlillərə böyük hörmətimiz var. Amma o, yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb. Həmin vaxt partlayış baş verə bilərdi”.

*****

15:30

Bu gün Qax rayonunda avtomobilin yanması hadisəsinin təfərrüatı məlum olub. "Xəbəraz.az " xəbər verir ki, rayon ərazisində "VAZ 2109" markalı minik avtomobilinin əslində öz sahibi tərəfindən yandırıldığı məlum olub. Bəlli olub ki, Qax sakini, Qarabağ əlili Bəxtiyar Vəliyev Dövlət Yol Polisinin Qax rayon Şöbəsinin rəhbərliyinin hərəkətlərinə etiraz olaraq bu əməli törədib.

Hadisə ilə bağlı çəkilmiş videoda çıxış edən birinci qrup əlil deyib ki, iyun ayında xırda yol qəzası törədib və yol polisinin təqdimatı ilə ona 400 manat cərimə kəsilib. Daha sonra o, məhkəməyə müraciət edərək cərimənin daha yüngül cəza ilə əvəzlənməsinə nail olub. Məhkəmənin qərarını yol polisinə təqdim etdikdə isə bu, qəbul edilməyib və yol polisi daha əvvəl kəsilmiş cərimənin verilməli olduğunu deyib.

4 uşaq atası olduğunu, dolanışığının taksi fəaliyyəti ilə məşğul olmaq olduğunu deyən şəxs avtomobilə od vuraraq yandırıb.

Hadisənin görüntüləri youtube-a yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: “Bizə bu cür müraciətlər çox olur. Araşdıraq görək, doğrudanmı vətəndaş haqsız yerə cərimələnib?! Avtomobilin yandırılmasına bundan sonra münasibət bildirəcəyik. Həmin şəxs yandırdığı avtomobili etibarnamə ilə idarə edir. Buna görə də biz ancaq rəsmi sorğu əsasında suallarınızı cavablandıra bilərik”.

Qax rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, B.Vəliyev idarəyə dəvət edilib. Hazırda onun izahatı alınır.

*****

13:30

Bu gün Qax rayonunda yanğın olub. "Xəbəraz.az " xəbər verir ki, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın saat 10:34-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Geri dön