Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Goranboyda yırtıcılar kəndə hücum etdi - FOTO

Goranboyda yırtıcılar kəndə hücum etdi - FOTO


14-12-2016, 00:46. Yazar: Xeberaz
Goranboyda yırtıcılar kəndə hücum etdi - FOTO
Goranboy rayonunda çaqqallar 20-dən çox ev quşunu tələf ediblər.
"Xəbəraz.az " xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində baş verib.
Belə ki, səhər saatlarında kənd sakini Asif Əzizovun həyətyanı sahəsinə daxil olan yırtıcılar ev quşlarını parçalayıb. Bu səbəbdən də sakinlər yırtıcıların hücumlarının qarşısını almaq və onları məhv etmək üçün tələ qurublar. Lakin yırtıcılardan yalnız biri məhv edilib.
Tatarlı kəndinin sakinləri bildirirlər ki, gündüz kəndə gələn yırtıcılar insanlara da hücum edirlər.



Geri dön