Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV > Messi internetdə məşhurlaşan əfqanıstanlı uşaqla ilə görüşdü - VİDEO

Messi internetdə məşhurlaşan əfqanıstanlı uşaqla ilə görüşdü - VİDEO


13-12-2016, 19:31. Yazar: Xeberaz
Messi internetdə məşhurlaşan əfqanıstanlı uşaqla ilə görüşdü - VİDEO


Lionel Messinin məşhur 10 nömrəli köynəyini evdə düzəldərək geyinən əfqanıstanlı balaca oğlan, internetdə geniş əks-səda yaratmışdı və o, nəhayət ki, qəhrəmanı ilə görüşüb.

"Xəbəraz.az " xəbər verir ki, altı yaşlı Murtaza Ahmadinin mavi zolaqlı plastik torbadan hazırlanmış köynəklə şəkili yanvar ayında internetdə yayılıb və bir müddət sonra "Barselona" futbol klubunun hücumçusu ona imzalı köynək göndərib.

Qətər Dünya Kuboku təşkilat komitəsinə əsasən, onlar Dohada görüşüblər.

"Barselona" Qətərdə "Al Ahli" komandası ilə yoldaşlıq görüşü keçirəcək.

"Dünyanın görmək istədiyi şəkili komitə çərşənbə axşamı günü "Twitter" hesabında paylaşıb. "Altı yaşlı oğlanın qəhrəmanı Messini görmək arzusu, nəhayət ki, yerinə yetdi".

Əfqanıstanın şərq vilayəti Qazninin Caqori şəhərində yaşayan Ahmadi may ayında ölkəsindən Pakistana köçməyə məcbur edilib.oxu.az




Geri dön