Ana Sayfa > Karusel / Gündəm > Netanyahu və xanımı Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Netanyahu və xanımı Şəhidlər xiyabanını ziyarət edib - FOTO


13-12-2016, 18:49. Yazar: Xeberaz
Netanyahu və xanımı Şəhidlər xiyabanını ziyarət edib - FOTO


İsrail dövlətinin baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, B. Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən İsrail baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Netanyahu və xanımı Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Netanyahu və xanımı Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Geri dön