Ana Sayfa > Karusel / Hadisə / Dünya > Son dəqiqə: Londonda PKK-çılar türklərə hücum etdilər - VİDEO

Son dəqiqə: Londonda PKK-çılar türklərə hücum etdilər - VİDEO


13-12-2016, 15:46. Yazar: Xeberaz

Son dəqiqə: Londonda PKK-çılar türklərə hücum etdilər - VİDEO


Terror təşkilatı olan PKK tərəfdarları Avropalı Türk Demokratlar Birliyinin İngiltərə parlamentində təşkil etdiyi tədbirdə salona daxil olublar.

"Xəbəraz.az " xəbər verir ki, onlar PKK lideri Abdullah Ocalanın fotosunun əks olunduğu geyimlərlə tədbirin keçirildiyi salona daxil olaraq Türkiyə əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Bir neçə şəxs hətta Avropalı Türk Demokratlar Birliyi (UETD ) Siyasi İşlər Başçısı Merve Dəmirə hücum çəkib.

İngilis polisi vəziyyətə müdaxilə edərək, olayın böyüməsinə imkan verməyib.

Bir müddət salondan çıxmamaq üçün müqavimət göstərən PKK tərəfdarlarını polis bayıra çıxarıb.milli.az




Geri dön