Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türk aparıcının şəhidlər haqda dedikləri hər kəsi kövrəltdi - video

Türk aparıcının şəhidlər haqda dedikləri hər kəsi kövrəltdi - video


13-12-2016, 12:23. Yazar: Xeberaz
Türk aparıcının şəhidlər haqda dedikləri hər kəsi kövrəltdi - video


Dünən "Star Ana Haber"in aparıcısı Nazlı Çelik sözləri ilə izləyiciləri körəldib.

"Xəbəraz.az "-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulda 38 nəfərin dünyasını dəyişməsi ilə nəticələnən terror hadisəsini xəbər verən N.Çelikin gözləri dolub.

O, bu sözləri ilə hər kəsin diqqətini çəkib:

"Çox söz dedik... Sözləri bitincə "Sözün bitdiyi yer" dedik. Söz bitdi, amma terror bitmədi. Tək bir şəhid üçün yeri, göyü dağıdardıq bir zamanlar. İndi nəfəslərimizi tutub rəqəmi gözləyirik. Onlarla şəhid sayına elə öyrəşdik, öyrəşmək məcburiyyətində qaldıq ki... 38 şəhid... Məlumat üçün deyirik ki, 30 polis, 8 mülki vətəndaş... Amma nə fərq edər? Mülki vətəndaş da canımızdır, polis də... Hər ikisi evinin yolunda idi. Ailələrinə, hətta uşaqlarına gedəcəkdilər... Hər gün hər birimizin etdiyi kimi".


Geri dön