Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > "Azərpoçt" valyuta dəyişən ödəniş terminalını işə salır

"Azərpoçt" valyuta dəyişən ödəniş terminalını işə salır


12-12-2016, 17:09. Yazar: Xeberaz
"Azərpoçt" valyuta dəyişən ödəniş terminalını işə salır
Azərbaycanın poçt rabitəsi operatoru Azərpoçt MMC "e-Gov-Pay" ilk ödəniş terminalını işə salır.
Qurumdan verilən məlumata görə, terminal valyuta mübadiləsi funksiyasına sahib olacaq.
Terminalın istifadəyə verilməsi “Azərpoçt”un “bir pəncərə” prinsipi ilə çalışan ilk mərkəzinin rəsmi açılışından sonraya planlaşdırılır. Açılış mərasimi yaxın günlərdə keçiriləcək.
Bu cür terminallar vasitəsilə kommunal, rabitə xidmətləri və internetə görə ödənişləri həyata keçirmək mümkün olacaq.
Yaxın zamanlarda bu cür terminallar Yasamal və Xətai rayon filiallarında açılacaq mərkəzlərdə təşkil olunacaq. Gələn ilin ilk yarısında Bakı və Sumqayıt şəhərlərində 5 bu cür mərkəz işə salınacaq.
Geri dön