Ana Sayfa > Karusel / Dünya / M2 > Terroru dəstəkləyən 235 nəfər həbs edildi

Terroru dəstəkləyən 235 nəfər həbs edildi


12-12-2016, 16:24. Yazar: Xeberaz
Terroru dəstəkləyən 235 nəfər həbs edildi
İstanbulun Beşiktaş rayonunda baş verən terror hücumundan sonra sosial şəbəkələrdə terroru dəstəkləyən 235 nəfər həbs edilib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

PKK/KCK əməliyyatları ölkənin 11 vilayətində aparılıb.

Saxlanılanlar “terror təşkilatını müdafiə etmək”, “sosial şəbəkələrdə terroru təbliğ etmək” maddələri ilə ittiham olunur.

Xatırladaq ki, bir qrup separatçı Feysbuk və Tvitterdə “Çox gözəl bir gün”, “Polislərə ölüm”, “Bu gün bir partlayış gözləyirdim” və s. ifadələr yazıblar.
Geri dön