Ana Sayfa > Karusel / Hadisə / Dünya > Kilsə damı uçdu: 200-dək dindar öldü

Kilsə damı uçdu: 200-dək dindar öldü


11-12-2016, 10:27. Yazar: Xeberaz
Kilsə damı uçdu: 200-dək dindar öldü


Nigeriyanın Uyo şəhərində yerləşən kilsədə damın uçması nəticəsində 200-dək dindarın öldüyü ehtimal olunur.
"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi xəbərə görə, yerli mətbuat insident nəticəsində 50-200 dindarın öldüyünü bildirir.

Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər.

İnsident baş verən an kilsədə yüzlərlə dindar olub. Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.
Geri dön