Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda yolun ortasını dayanacağa çevirib pul yığırlar - VİDEO

Bakıda yolun ortasını dayanacağa çevirib pul yığırlar - VİDEO


10-12-2016, 21:33. Yazar: Xeberaz
Bakıda yolun ortasını dayanacağa çevirib pul yığırlar - VİDEO


Yolun ortasında dayanacaq fəaliyyət göstərir. Burda avtomobil saxlayan sürücülərdən pul alınır. Halbuki ərazidə nə parkomat qoyulub, nə də ki, dayanacağın olduğunu göstərən bir nişan var.

"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Nərimanov rayonu, Keşlə bazarının qarşısındakı dairədən gedir.

Burada avtomobili saxlayan sürücülərdən parklanma adı ilə Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin nəzarətçiləri qanunsuz pul alırlar.

Sürücülərin sözlərinə görə, bəzi hallarda pul verməmək üstündə mübahisələr də yaşanır. Hətta pul verib dairədə avtomobili park etdikdən sonra yol polisi həmin ərazidən avtomobili evakuator vasitəsilə cərimə meydançasına da aparır.

Nəzarətçilər isə bu ərazidə parklanmaya görə pul almalarını təkzib edirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xezerxeber.az-a bildirdi ki, bununla bağlı sürücülər yol polisinə müraciət etdikdən sonra əraziyə baxış keçiriləcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Geri dön