Ana Sayfa > Karusel / Şou-Biznes / Ekskluziv > Azərbaycanlı vizajistlə PR menecerin yolları "Paris Beaute"də kəsişdi - FOTOLAR

Azərbaycanlı vizajistlə PR menecerin yolları "Paris Beaute"də kəsişdi - FOTOLAR

10-12-2016, 16:44. Yazar: Xeberaz

Azərbaycanlı vizajistlə PR menecerin yolları "Paris Beaute"də kəsişdi - FOTOLAR

Getdikcə populyarlaşan vizajist Samirə Əliyevadan yeni xəbər var.

Vizajist Samirə PR menecer Elton Hacıyevlə iş birliyinə imza atıb.

"Xəbəraz.az "-ın məlumatına görə, tərəflər yenicə işləməyə başlasalar da, artıq bəzi böyük layihələr haqda danışıqlar aparıblar.

Samirə qeyd edir ki, Elton ilə iş birliyi hər kəsin düşündüyündən daha yaxşı olacaq: "Elton ilə tanışlığımız təsadüfən "Paris Beaute" estetik mərkəzində baş verdi. O bəyin iş görmək qabiliyyəti ilə yanaşı, həm də müsbət aurası var. Onun yanında özümü çox rahat hiss edirəm. O, həm peşəkar PR menecer həm də yaxşı dostdur. Bizim xasiyyətimizdə hətta kaprizlərimiz eynidir. Ümid varam ki, bu iş birliyi uzun ömürlü və uğurlu olacaq. Ən böyük həzz hər kəsin "bacarmarsan" dediyini bacardığın an bəxş olunur".

Elton da, öz növbəsində, "Paris Beaute" estetik mərkəzin siması seçilən vizajist Samirə ilə iş birliyinə böyük ümidlər bəslədiyini dilə gətirdi: "Samirə Əliyeva ilə iş birliyindən uğurlar gözləyirəm. Ümid varam ki, iş birliyimiz xeyirli olacaq. İnşallah, 2017-ci il bizim ilimizdir. Məni tanıyanlar bilir ki, boş-boş danışmıram. Əgər deyirəmsə, edirəm. Yeni və çox maraqlı layihələrimiz var".

Geri dön