Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Goranboyda DƏHŞƏTLİ QƏZA: İcra başçısının köməkçisi öldü - VİDEO

Goranboyda DƏHŞƏTLİ QƏZA: İcra başçısının köməkçisi öldü - VİDEO


10-12-2016, 11:58. Yazar: Xeberaz
Goranboyda DƏHŞƏTLİ QƏZA: İcra başçısının köməkçisi öldü - VİDEO


Goranboyda ağır yol qəzası baş verib.

"Xəbəraz.az "-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən “Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub.

Məlumata görə, hadisə yerində ölən, “Niva”nın sürücüsü Əliyev Fuad Əli oğludur. Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur.

Qeyd edək ki, “Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.



Geri dön