Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim / Xəbəraz TV > Azərbaycanda “cinçıxarma” klinikası açılır? – Video

Azərbaycanda “cinçıxarma” klinikası açılır? – Video


10-12-2016, 11:26. Yazar: Xeberaz

Azərbaycanda “cinçıxarma” klinikası açılır? – Video

Cəmiyyətdə “cinçıxarmalara” maraq hər zaman böyük olub. Xüsusi ilə savadsız insanlar müəyyən problemləri məhz bədənə cin girmə ilə əlaqələndirir və cindarlar da bundan istifadə edərək bir çoxlarını aldadır.

"Xəbəraz.az " xəbər verir ki, bir neçə gün əvvəl İstanbulda bu işlə məşğul olan klinikanın fəaliyyətə başlaması insanların fikirlərini daha da qarışdırıb.

Xəbər sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Azərbaycanda da bənzər klinikanın açılması təklif olunub. Başqa sözlə, bəzi insanlar belə klinikaların dərdlərinə çarə olacağına inanır.

Psixoloq Elnur Rüstəmov Xəzər xəbər-ə açıqlamasında bunu savadsızlıqla əlaqələndirib.

Onun sözlərinə görə, əgər belə bir klinika Azərbaycanda da açılsa, orada fəaliyyət göstərənlərin fırıldaqçıdan fərqi olmayacaq.


Geri dön