Ana Sayfa > Karusel / Hadisə > Bakıda uçqun olub: 3 nəfər xəsarət aldı

Bakıda uçqun olub: 3 nəfər xəsarət aldı


9-12-2016, 19:57. Yazar: Xeberaz

Bakıda uçqun olub: 3 nəfər xəsarət aldı

Bakıda uçqun olub.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Güclü külək yol kənarındakı hasarı uçurub. Nəticədə ərazidə işləyən “Azəriqaz”ın işçiləri – 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıb.

Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön