Ana Sayfa > Karusel / Gündəm > Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ

Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ


9-12-2016, 14:16. Yazar: Xeberaz
Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ



Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 0-3, gündüz 4-7, Bakıda gecə 0-2, gündüz 5-7° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Geri dön