Ana Sayfa > Karusel / Hadisə > Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü

Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü


9-12-2016, 11:48. Yazar: Xeberaz
Bakıda 23 yaşlı oğlan faciəvi şəkildə öldü


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Xəbəraz.az " xəbər verir ki, Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü Babayev Əflatun Əziz oğlu mənzilin hamam otağında huşunu itirib. Valideynləri dərhal onu xəstəxanaya çatdırsa da, artıq gec olub və 23 yaşlı Əflatunun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Ə.Babayev dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Geri dön