Ana Sayfa > Karusel / Hadisə > Avtobus minik avtomobili ilə toqquşdu: ölü və yaralı var

Avtobus minik avtomobili ilə toqquşdu: ölü və yaralı var


8-12-2016, 20:21. Yazar: Xeberaz
Avtobus minik avtomobili ilə toqquşdu: ölü və yaralı var

Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın Qərb bürosunun məlumatına görə, qəza nəticəsində “VAZ 21011” markalı minik avtomobilinin sürücüsü, Goranboyun Kələk kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədov Nəsrəddin Əli oğlu ölüb.

Minik avtomobilinin sərnişini, 1969-cu il təvəllüdlü Goranboy rayon Borsunlu kənd sakini Həsənov Habil Cəmşid oğlu isə xəsarət alıb.


**
19:38
Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qəza baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Geri dön